Argentinalı məşqçilərə tələbat çoxdur: onların sayı 10-a çatıb

11 Sentyabr 2024 13:37
650
Argentinalı məşqçilərə tələbat çoxdur: onların sayı 10-a çatıb

Bu ilin mayında "Çelsi"dən ayrılan Maurisio Poçettino karyerasında ilk dəfə milli komandaya baş məşqçi təyin olunub - söhbət ABŞ yığmasından gedir.

İdman.biz xəbər verir ki, 52 yaşlı mütəxəssis futbolçu olarkən Argentina millisində 20 oyun keçirib (1999-2002, 2 qol).

Bununla da hazırda milli komandaları çalışdıran argentinalı məşqçilərin sayı 10-a çatıb. Onlardan da 7-si Cənubi Amerika (CONMEBOL) yığmalarında işləyir. Argentinalı məşqçilərə güvənən ölkələr elə Argentina (Lionel Skaloni), həmçinin Çili (Rikardo Qareka), Kolumbiya (Nestor Lorenso), Venesuela (Fernando Batista), Uruqvay (Marselo Bielsa) və avqustda onlara qoşulan Ekvador (Sebastian Bekkasese) və Paraqvaydır (Qustavo Alfaro).

Digər qitələrə gəlincə, Kamboca (Feliks Dalmas) və Dominikan Republikası (Marselo Neveleff) millilərinə də argentinalı məşqçilər rəhbərlik edir.

Rasim
İdman.biz