Mohamed Salah və Harri Keyn öz ölkələrinin tarixinə düşüblər.
İdman.biz xəbər verir ki, hər iki futbolçu yığmada 100-cü oyununu keçirib.
"Liverpul"un ulduzu Mohamedin Misir millisində yubiley matçı Botsvana ilə görüşə təsadüf edib. Oyun "fironlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birinin müəllifi olan Salah komandada 46-cı dəfə fərqlənib.
Keyn isə hazırda Finlandiya ilə davam edən qarşılaşmada 100-cü dəfə İngiltərə yığmasının formasını geyinib. O, bu həddə çatan 10-cu futbolçu olub.
İdman.biz