“Fənərbağça”nın ingiltərəli futbolçusu Meyson Qrinvudun Bakıda “Turan Tovuz”la hazırlıq matçında rəqibinə müdaxiləsinə görə qırmızı vərəqə alması komandada daxilində də müzakirə edilib.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı keçirilən qarşılaşmadan sonra baş məşqçi İsmail Kartal futbolçu ilə bağlı xüsusi söhbət edib.
Məlumata görə, “Fənərbağça”nın Azərbaycan səfərindən qayıtmasından sonra Kartal Qrinvudla fərdi görüş keçirib və ondan növbəti oyunlarda daha diqqətli olmasını istəyib.
Təcrübəli mütəxəssisin ingiltərəli futbolçuya komanda üçün nə qədər vacib olduğunu xatırlatdığı və qarşıdakı dönəmdə kritik oyunlar keçirəcəklərini vurğuladığı bildirilir.
“Komanda üçün çox dəyərlisən” - deyə mütəxəssis futbolçuya bildirib.
Qeyd olunur ki, “Fənərbağça” mövsümün kritik mərhələsinə daxil olarkən Kartal Qrinvudun həm meydandakı çıxışını, həm də intizamını diqqətdə saxlayacaq.
