Samir Əliyevin məğlubiyyət şərhi: "Bəhanələr axtarmaq istəmirəm"

Xəbərlər
10 Sentyabr 2024 22:32
919
Samir Əliyevin məğlubiyyət şərhi: "Bəhanələr axtarmaq istəmirəm"

"Belə məğlubiyyətydən sonra danışmaq bir az çətindir. Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər, döyüşdülər, yetərincə qol vəziyyətləri yaratdıq".

İdman.biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.

O, Avropa çempionatının seçmə mərhələsində Serbiya komandasına 0:2 hesablı məğlubiyyəti şərh edib: "Komanda heyətində yüksək səviyyəli futbolçular olan rəqibə qarşı çox yaxşı mübarizə apardılar. Futbolçuların hər birinə təşəkkürümü bildirdim. Yetirincə qol vəziyyətləri yarada bilsək də, sadəcə bunlardan istifadə edə bilmədik. Lüksemburqla oyunda da penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Həm avrokuboklarda, həm çempionatda daha çox şans qazanır. Futboldur, yerinə yetirə bilmədi, məyusuq. Qol vursaydı, daha da ruhlanardıq, davamı gələ bilərdi. Amma olmadı. Əsas olan odur ki, futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm".

Qeyd edək ki, U-21 yığmamız 3 xalla F qrupuna sonuncu pillədə qərarlaşıb.

İdman.biz