Toral Bayramov: "Bizi çətin oyun gözləyir"

Xəbərlər
7 Sentyabr 2024 20:34
1 440
Toral Bayramov: "Bizi çətin oyun gözləyir"

“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Slovakiya ilə oyundan əvvəl Azərbaycan yığmasının futbolçusu Toral Bayramov deyib.

O, bildirib ki, sabah keçiriləcək qarşılaşmada qələbə qazanmağa çalışacaqlar: "Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Qeyd edək ki, yığmamız 2 gün əvvəl Bakıda keçirilən ilk oyunda İsveçə 1:3 hesabı ilə uduzub.

İdman.biz