FCSB-nin prezidenti: "Qarabağ"ı məğlub edəcəyik"

Xəbərlər
1 Sentyabr 2024 17:43
7 553
FCSB-nin prezidenti: "Qarabağ"ı məğlub edəcəyik"

FCSB-nin prezidenti Cici Bekali Avropa Liqasının püşkatmasını dəyərləndirib.

İdman.biz xəbər verir ki, o, Rumıniya çempionunun səfərdə "Qarabağ"ı məğlub edəcəyini düşünür.

Bekali ölkə mətbuatına açıqlamasında FCSB-nin turnirdə uğurlu nəticələr qazanacağına ümid etdiyini bildirib: "Mançester Yunayted"lə heç-heçə oynaya bilərik. "Qarabağ", PAOK və "Olimpiaskos"u məğlub edəcəyimizə əminəm. Bizə əsas problemi "Hoffenhaym" yaşada bilər. Komandanın çox xal toplayıb, pley-offa yüksələcəyini düşünürəm".

Qeyd edək ki, FCSB Avropa Liqasının VII turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Oyun yanvarın 23-də keçiriləcək.

İdman.biz