İtaliya A Seriyasında III turunun iki oyunu keçirilib.
İdman.biz xəbər verir ki, çempion öz meydanında "Atalanta" ilə qarşılaşıb.
Oyun yaxşı start götürən "İnter" 10 dəqiqəyə 2 qol vurub. Yekunda rəqib qapısından 4 cavabsız top keçirən Simone İnzaginin komandası asanlıqla hesabına 3 xal yazdırıb.
Günün digər matçında "Torino" səfərdə "Venetsiya"ya 1:0 hesabı ilə qalib gəlib.
İtaliya A Seriyası
III tur
30 avqust
“Venetsiya” – “Torino” - 0:1
“İnter” – “Atalanta” - 4:0
31 avqust
“Bolonya” – “Empoli”
“Leççe” – “Kalyari”
“Latsio” – “Milan”
“Napoli” – “Parma”
1 sentyabr
“Fiorentina” – “Montsa”
“Cenoa” – “Verona”
“Yuventus” – “Roma”
“Udineze” – “Komo”
İdman.biz