Manuel Noyer Almaniya yığmasındakı karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
38 yaşlı qapıçının DÇ-2026-ya kimi "Bundestim"də çıxış edəcəyi gözlənilirdi. Amma onun sentyabrda start götürəcək Millətlər Liqasına dəvət almayacağı məlum olub. Bundan sonra Noyer milli ilə vidalaşmaq qərarını verib.
Manuel ölkə yığmasında 124 oyun keçirib. O, DÇ-2014-ün qalibi olub.
Qeyd edək ki, bir gün əvvəl İlkay Gündoğan da Almaniya komandasında çıxışını başa vurduğunu açıqlayıb.
İdman.biz