Zədəli forvard Qətərdə əməliyyat olunub

Xəbərlər
20 Avqust 2024 21:27
586
Zədəli forvard Qətərdə əməliyyat olunub

PSJ zədələnən hücumçusu Qonçalo Ramuş barədə məlumat yayıb.

İdman.biz xəbər verir ki, futbolçu uğurlu əməliyyat olunub.

Açıqlamada Ramuşun Dohadakı klinikalardan birində sol topuğundan əməliyyat keçirdiyi bildirilib. O, Qətər mərkəzində reabilitasiya kursu keçəcək.

Qeyd edək ki, forvard Fransa çempionatının ilk turunda ağır zədə alıb.

İdman.biz