Konqo millisinin futbolçusu “Qəbələ”də

Xəbərlər
20 Avqust 2024 12:39
693
Konqo millisinin futbolçusu “Qəbələ”də

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Klubdan İdman.bizə verilən məlumata görə, Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.

Qeyd edək ki, 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

İdman.biz