Mahir Emreli Xorvatiyada cəzalandırılıb - VİDEO

Xəbərlər
1 Oktyabr 2023 22:43
345
Mahir Emreli Xorvatiyada cəzalandırılıb - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyunu keçirib.

İdman.biz xəbər verir ki, Zaqreb təmsilçisi X tur çərçivəsində Split “Hayduk”unun qonağı olub.

Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində çıxan Emreli 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. O, 62-ci dəqiqədə isə əvəzlənib.

Bu görüşdən sonra “Dinamo” 16 xalla 3-cü pillədə yer alıb.

Qeyd edək ki, zaqreblilər çempionatında növbəti görüşün oktyabrın 8-də “İstra 1961”ə qarşı keçirəcəklər.

İdman.biz