Lionel Messinin komandasından ardıcıl 3-cü məğlubiyyət

Xəbərlər
1 May 2025 09:04
206
Lionel Messinin komandasından ardıcıl 3-cü məğlubiyyət

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” СONСAСAF Çempionlar Liqası ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, Xavyer Maskeranonun yetirmələri “Vankuver Uaytkeps”lə yarımfinalın cavab oyununda da uduzub.

1:3 hesablı məğlubiyyət Mayami təmsilçisinin ardıcıl üçüncü yenilgisi olub. İlk görüşdə 0:2 hesabına üzülən floridalılar MLS-in “Dallas”la görüşündə də məyus olublar - 3:4. “İnter Mayami” Messinin keçidindən sonra ilk dəfə ardıcıl 3 məğlubiyyət alıb.

Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir.

İdman.biz