Lamin Yamal Çempionlar Liqasında yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, “Barselona”nın vingeri yarımfinalda qol vuran ən gənc oyunçu olub.
“İnter”lə ilk matçın 24-cü dəqiqəsində fərqlənən Lamin 17 yaş 291 günlüyündə qol sevinci yaşayıb. O, Kilian Mbappenin göstəricisini üstələyib. Fransalı forvard 2016/17 mövsümündə 18 yaş 140 günlüyündə “Monako”nun heyətində “Yuventus”a qol vurub.
Qeyd edək ki, “Barselona” – “İnter” görüşü 3:3 hesabı ilə başa çatıb.
İdman.biz