"Lion" Liqa 1-də çıxış edəcək

Xəbərlər
9 İyul 2025 18:22
40
"Lion" Liqa 1-də çıxış edəcək

"Lion" Fransa Liqa 1-də çıxışını davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Onların Fransa Futbol Maliyyə Nəzarət Orqanının qərarından verdiyi apelyasiya uğurla nəticələnib. Açıqlamada qərarın "Lion"a göstərilən ilk etimad olduğu və komandanın növbəti mövsümə hazırlığa kökləndiyi bildirilib.

Qeyd edək ki, təxminən 505 milyon borcu olan klub ciddi sanksiyalarla üz-üzə qalıb. "Lion" iyunun 24-də Fransa Futbol Maliyyə Nəzarət Orqanının aşağı liqaya yuvarlanası qərarı verilmişdi.

İdman.biz