Albert Riera: "Komandam sabahkı oyuna tam hazırdır"

Xəbərlər
9 İyul 2025 19:51
58
Albert Riera: "Komandam sabahkı oyuna tam hazırdır"

"Mənim futbolçu olduğum dönəmdə rəqiblər barədə məlumat toplamaq bu qədər asan deyildi. Amma indi o qədər platformalar var ki, istənilən rəqib haqda məlumat əldə edə bilirsən. "Sabah" barədə kifayət qədər məlumatımız var. Rəqibi təhlil etmişik. Mənim keçmiş klubum "Qalatasaray"da oynamış Cesse Sekidika da "Sabah"da çıxış edir. Komandam sabahkı oyuna tam hazırdır".

İdman.biz xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq "Selye"nin baş məşqçisi Albert Riera deyib.

İspaniyalı mütəxəssis matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Selye"nin heyətində ötən mövsümlə müqayisədə xeyli dəyişikliklər var. "Sabah" isə heyətini qoruyub. Sizcə, bu oyuna necə təsir edəcək?

- Üç əsas futbolçu komandanı tərk etdi. Amma heyətə yeni oyunçular cəlb etmişik. Dəyişikliklər inkişaf üçün nəzərdə tutulub. Nikbin düşünürük. Bu dəyişikliklər oyunumuza müsbət təsir edəcək.

- "Sabah" avrokuboklarda əvvəlki mövsümlərdə güclü rəqibləri məğlub edib. Bu amil sizi qorxutmur?

- Biz də güclü ölkələrin təmsilçilərinə qarşı oynamışıq. Bu, hansısa komandanı dəyərləndirməyə o qədər də əsas vermir. "Sabah"ın Azərbaycan Kubokunun qalibi olduğunu bilirik. Rəqibə hörmət edirik. Amma bizim də kifayət qədər gücümüz var. Bütün suallara cavab görüşündə aydınlıq gələcək.

İdman.biz