“Sabah” - “Borussiya” oyunu üçün azarkeşlərə pulsuz avtobuslar ayrıldı

19 Oktyabr 2026 22:41
150
“Sabah” -  “Borussiya” oyunu üçün azarkeşlərə pulsuz avtobuslar ayrıldı

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – Dortmund “Borussiya”sı qarşılaşması ilə əlaqədar azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Oktyabrın 20-də keçiriləcək oyunla əlaqədar avtobuslar “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə təşkil olunacaq.

Azarkeşlər “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslar saat 17:00-dan sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, “Sabah” – “Borussiya” görüşü oktyabrın 20-də, saat 20:45-də başlayacaq.

İdman.Biz