Futbol üzrə Əvəzedicilər Liqasında altıncı turun oyunlarına yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun son günündə üç qarşılaşma keçirilib.
“Qarabağ-2” “Şəfa-2”ni 2:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin heyətində Şahismayıl Cəfərov 76-cı, Elton Mikayılov isə 84-cü dəqiqədə fərqlənib.
“Sabah-2” də eyni hesabla “İmişli-2”yə qalib gəlib. Görüşdə Ramil Nuraxmedov dördüncü, Amir Qəribov isə 50-ci dəqiqədə qapıya yol tapıb.
Günün digər matçında “Kəpəz-2” və “Sumqayıt-2” hərəyə bir qol vuraraq xalları bölüşüblər. Qonaqlardan Əli Qurbanov 25-ci dəqiqədə hesabı açıb, Turqut Mustafazadə isə 81-ci dəqiqədə bərabərliyi təmin edib.
Turun dünən keçirilən qarşılaşmalarında “Zirə-2” səfərdə “Turan Tovuz-2”ni 3:1, “Araz-Naxçıvan-2” isə “Şamaxı-2”ni 2:1 hesabı ilə üstələyib. “Qəbələ-2” – “Neftçi-2” görüşündə 2:2 hesablı heç-heçə qeydə alınıb.
