Babək Quliyevə UEFA-dan növbəti təyinat

Xəbərlər
9 İyul 2025 23:47
33
Babək Quliyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

İyulun 17-də keçiriləcək qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq. Oyun 20:00-da start götürəcək.

Qeyd edək ki, Babək Quliyev iyulun 24-də Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyunun da hakim-inspektoru olacaq.

İdman.biz