Joze Mourinyonun Markus Reşforda zəng etməsinin SƏBƏBİ

Xəbərlər
9 İyul 2025 20:41
50
Joze Mourinyonun Markus Reşforda zəng etməsinin SƏBƏBİ

"Mançester Yunayted"in transferə çıxardığı Markus Reşford "Fənərbaxça"nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, istanbulluların baş məşqçisi Joze Mourinyo bununla bağlı futbolçu ilə əlaqə saxlayıb.

Portuqaliyalı mütəxəssis 27 yaşlı hücumçuya zəng edərək, planlarını onun diqqətinə çatdırıb. Türkiyə mətbuatı danışıqların müsbət məcrada davam etdiyini yazıb. "Fənərbaxça"nın ingilis futbolçusunu satınalma şərti ilə icarəyə götürmək istədiyi bildirilib.

Qeyd edək ki, Reşford 2024/2025 mövsümün ikinci hissəsini icarə əsasında "Aston Villa"da keçirib. O, komandanın heyətində 17 oyunda 9 qol vurub.

İdman.biz