UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” turnirdə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Püşkün nəticəsinə görə Qurban Qurbanovun komandası “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 22-23-də səfərdə, cavab matçı isə bir həftə sonra paytaxtımızda keçiriləcək.
“Qarabağ” 13-cü pillədə
“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin ən uğurlu komandalarından biri sayılır. Azərbaycan çempionu turnirin qrup mərhələsinə gedən yolda 51 oyun keçirib. Ağdamlılar bii görüşlərin 24-də qələbə qazanıblar. 16 dəfə heç-heçə oynayan “Köhlən atlar” cəmi 11 görüşdə məğlubiyyət acısı yaşayıblar. 80 qol vurub, 40 top buraxan “Qarabağ” bu görüşlərdə 88 xal toplayıb. Təmsilçimiz bu göstərici ilə ümumi sıralamada 13-cü pillədə qərarlaşıb. Komandamız orta hesabla 1,57 xal toplayıb.
Təsnifat mərhələsindəki uğurlu çıxışa baxmayaraq, “Qarabağ” cəmi bir dəfə qrup mərhələsində oynamaq imkanı qazanıb. 2017/2018 mövsümündə ən yüksək nəticəyə imza atan çempionumuz “Çelsi”, “Roma” və “Atletiko” kimi nəhənglərlə eyni qrupda yarışmışdı. Qurban Qurbanovun komandası Madrid təmsilçisi ilə görüşdə qazanılan 1 xal sayəsində qrup sonuncusu olmuşdu.
Zaqreb "Dinamo"su lider mövqeyində
Çempionlar Liqasının təsnifat mərhələlərində ən çox oyun keçirən komanda Zaqreb “Dinamo”sudur. Xorvatiya çempionu son 20 ildə 18 dəfə bu imkanı qazanıb. Zaqreblilər keçirdikləri 108 görüşdə 207 xal toplayıblar. Onlar ikinci pillədə qərarlaşan Kiyev “Dinamo”sunu nə az-nə çox 33 oyun qabaqlayırlar. Xal fərqi isə 62-yə bərabərdir.
İlk beşliydə "Seltik", BATE və "Rusenborq" kimi komandaların adlarına rast gəlmək olar. Belarus və Norveç çempionları əvvəlki əzəmətlərini itiriblər, Şotlandiya təmsilçisi isə adətən pley-offda öz rəqiblərini gözləyir.
Çempionumuzun iki pillə irəliləmək şansı var
“Qarabağ” 2025/2026 mövsümündə uğurlu çıxış sayəsində turnir cədvəlindəki vəziyyətini daha da yaxşılaşdıra bilər. Ağdam klubunu 12-ci pillədə qərarlaşan APOEL-dən cəmi 3 xal qabaqlayır. Kiprlilərin bu mövsüm turnirdən kənarda qaldığını nəzərə alsaq, çempionumuzun onları qabaqlamaq ehtimalı çox yüksəkdir. 101 xala malik “Partizan” və “Zalsburq”a çatmaq isə çətin olacaq. Avstriyalıların da “Qarabağ” kimi mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar. Lakin “Zalsburq”un Liqa yolunda yarışacağını nəzərə alsaq onların rəqibləri daha ciddi olacaq. “Partizan” isə APOEL-in aqibətini yaşayıb və turnirdə iştirak etmir.
"Qarabağ" siyahıda ən az uduzan və ən az top buraxan komandalar sırasında yer alıb. "Sparta" və "Reyncers"in həsəd apara bilər.
Çempionlar Liqasının təsnifat mərhələsindən ən yaxşı nəticə göstərən 20 komanda
Komanda |
O |
Q |
H |
M |
Q |
X |
|
1 |
Dinamo Zaqreb |
108 |
61 |
24 |
23 |
203-107 |
207 |
2 |
Dinamo Kiyev |
75 |
43 |
16 |
16 |
141-74 |
145 |
3 |
Seltik |
72 |
41 |
12 |
19 |
129-66 |
135 |
4 |
BATE |
74 |
33 |
24 |
17 |
98-77 |
123 |
5 |
Rusenborq |
62 |
37 |
10 |
15 |
115-60 |
121 |
6 |
Şerif |
88 |
33 |
18 |
37 |
92-87 |
117 |
7 |
Kopenhagen |
64 |
32 |
16 |
16 |
111-68 |
112 |
8 |
FCSB |
64 |
30 |
21 |
13 |
117-84 |
111 |
9 |
Maribor |
64 |
31 |
13 |
20 |
85-70 |
106 |
10 |
Partizan |
62 |
28 |
17 |
17 |
103-69 |
101 |
11 |
Zalsburq |
58 |
29 |
14 |
15 |
88-61 |
101 |
12 |
APOEL |
58 |
25 |
16 |
17 |
75-44 |
91 |
13 |
Qarabağ |
51 |
24 |
16 |
11 |
80-40 |
88 |
14 |
Srvena Zvezda |
55 |
23 |
19 |
13 |
86-55 |
88 |
15 |
HİK |
58 |
25 |
13 |
20 |
84-63 |
88 |
16 |
Sparta |
52 |
26 |
9 |
17 |
79-59 |
87 |
17 |
Ludoqorets |
58 |
25 |
11 |
22 |
94-71 |
86 |
18 |
Reyncers |
48 |
22 |
13 |
13 |
79-46 |
79 |
19 |
Legiya |
44 |
23 |
10 |
11 |
63-40 |
79 |
20 |
Şaxtyor |
40 |
22 |
10 |
8 |
66-38 |
76 |
İdman.biz