Çimərlik futbolu üzrə Super Liqa - 6 komanda yarışacaq - FOTO

Xəbərlər
8 İyul 2025 13:32
213
Çimərlik futbolu üzrə Super Liqa - 6 komanda yarışacaq - FOTO

Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirdə ümumilikdə 6 komanda qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycan Çimərlik Futbolu Federasiyasının məlumatına əsasən, yarışda “Dirçəliş”, “Yasamal-Baku Football Academy”, “Çinar Zəngilan”, “Rekord Klub 2019”, “Marafon İdman Klubu 2015” və VTB komandaları çıxış edəcək.

Qeyd edək ki, Super Liqa iyulun 11-15-də keçiriləcək.

İdman.biz