"Selye"nin yarımmüdafiəçisi: "Sabah"ın təhlükəli və zəif tərəflərini bilirik"

Xəbərlər
9 İyul 2025 20:10
39
"Selye"nin yarımmüdafiəçisi: "Sabah"ın təhlükəli və zəif tərəflərini bilirik"

"Komandaya gec qoşulanların hazırlıq üçün vaxtı daha az olub. Buna baxmayaraq, biz bu zamandan lazımınca istifadə etmişik".

İdman.biz xəbər verir ki, bunu "Selye"nin yarımmüdafiəçisi Mark Zabukovnik Avropa Liqası 1-ci təsnifat mərhələsində "Sabah"la ilk matçından öncə keçirilən mətbuat konfransında deyib.

O, komandadakı mühitin pozitiv olduğunu bildirib: "Biz meydanda və ondan kənarda birlikdə çox vaxt keçirmişik ki, yenilər bizim sistemə uyğunlaşsın. Komandada mühit çox pozitivdir. Məşqlər fərqli, oyun isə başqadır. Biz sabahkı oyuna fiziki və taktiki cəhətdən yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etmək üçün bizim kifayət qdər vaxtımız olub. "Sabah"ın təhlükəli və zəif tərəflərini bilirik. Oyunda bu amillərdən öz xeyrimizə istifadə etməliyik".

Qeyd edək ki, komandalar arasında ilk oyunun start fiti sabah saat 20:00-da “Bank Respublika Arena”da veriləcək. Cavab görüşü bir həftə sonra olacaq.

İdman.biz