Özbək hücumçu karyerasını Türkiyədə davam etdirəcək

Xəbərlər
9 İyul 2025 19:32
65
Özbək hücumçu karyerasını Türkiyədə davam etdirəcək

Özbəkistan yığmasının hücumçusu Eldor Şomurodov karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər ki, o, icarə əsasında "Başakşəhər"də oynayacaq.

Türklər "Roma"ya bir mövsümlük 3 milyon icarə haqqı ödəyəcəklər. Razılaşmaya görə "Başakşəhər" mövsümün sonunda 2,7 milyon avro qarşılığında Şomurodovun transferini rəsmiləşdirəcək. Eldorla 2+1 illik müqavilə imzalanıb. "Roma" növbəti satışdan 10 faiz pay alacaq.

Qeyd edək ki, 30 yaşlı forvard 2024/2025 mövsümündə 37 oyunda 7 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz