“Sabah” və “Neftçi” finalda

Xəbərlər
29 Aprel 2025 20:55
553
“Sabah” və “Neftçi” finalda

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, bu gün ikinci oyunlar keçirilib.

Şəkidə eyniadlı komandanın qonağı olan "Sabah" ikinci oyunda da qalib gələrək finala çıxıb.

Bakı İdman Sarayında isə “Abşeron”la “Neftçi” üz-üzə gəlib. Meydan sahibləri fasiləyə üstün yollansalar da, qonaq komanda qələbə qazanaraq ikinci finalçı olub.

Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunlarda müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyunlar
29 aprel

14:00. “Şəki” – “Sabah” - 72:96 (10:19, 14:31, 22:31, 26:15)
Şəki OİK
Seriyada hesab – 0:2

19:00. “Abşeron” – “Neftçi” - 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

İdman.biz