Millinin qapıçısından vida

Xəbərlər
19 Avqust 2024 14:47
346
Millinin qapıçısından vida

Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, bunu 35 yaşlı qapıçının özü açıqlayıb.

O, 12 il formasını geyindiyi yığmadan getməyə qərar verib. Almaniyadakı AVRO-2024 Zommerin millidəki son sınağı olub.

Qeyd edək ki, millidə 2012-ci ilin mayında debüt edən qolkiper bu müddətdə 94 matç keçirib və 92 qol buraxıb.

İdman.biz