A Seriyada yeni mövsüm başlayır

Xəbərlər
17 Avqust 2024 10:35
822
A Seriyada yeni mövsüm başlayır

Bu gün İtaliya A Seriyasında yeni mövsüm başlayır.

İdman.biz xəbər verir ki, 1898-cı ildə “Cenoanın çempionluğu ilə başlayan İtaliya çempionatında sonrakı 126 ildə ən çox “Yuventus” qalib olub.

Turin təmsilçisi 36 dəfə çempionluğa yüksəlib. “İnter”in 20, “Milan”ın 19 çempionluğu var. Son çempion “İnter”dir.

İlk dövrlərdə çempionat regionlara bölünmüş qrup formatında keçirilirdi. İndiki formatda ilk çempionat 1929-cu ildə keçirilib. O vaxtdan bəri keçirilmiış çempionatlarda ən çox iştirak “İnter” (93), “Yuventus” (92), “Roma” (92) və “Milan”dadır (91).

A Seriyanın yeni mövsüm iştirakçıları arasında ən yaşlı oyunçular “Montsa”dadır (orta yaş – 27,56). Ən gənc heyət isə “Roma”dadır (23,47).

20 klubdan yalnız 3-nü (“Udineze”, “Komo”, “Milan”) xarici məşqçi çalışdırır. Ən yaşlı məşqçi “Atalanta”dadır. İtaliyalı mütəxəssis Can Pyero Qasperininin 66 yaşı var. Ən gənc isə “Komo”nu çalışdıran 37 yaşlı ispan məşqçi Sesk Fabreqasdır.

I tur
17 avqust

“Cenoa” – “İnter”
“Parma” – “Fiorentina”
“Milan” – “Torino”
“Empoli” – “Montsa”
18 avqust
“Bolonya” – “Udineze”
“Verona” – “Napoli”
“Kalyari” – “Roma”
“Latsio” – “Venetsiya”
19 avqust
“Leççe” – “Atalanta”
“Yuventus” – “Komo”

Vüqar Məmmədov
İdman.biz