Bu gün "Havr" – PSJ matçı ilə Fransa Liqa 1-nin 87-cü mövsümünə start veriləcək.
İdman.biz xəbər verir ki, 1932/1933-cü illər mövsümündən keçirilən ilk Fransa çempionatının iştirakçılarından 2024/2025-ci illər mövsümünə yalnız 4 komanda ən güclülərin mübarizəsinə qatılacaq. Bunlar "Marsel", "Monpelye", "Nitsa" və "Renn"dir. Liqa 1-də ən çox iştirak "Marsel" (75), "Sent Etyen"(70) və "Renn"dədir (68).
"Lill"in zəfəri ilə başlayan Fransa çempionatı tarixində ən çox çempion PSJ olub – 12 dəfə. Qalib adını 10 dəfə "Sent Etyen", 9 dəfə "Marsel" qazanıb. Ümumiyyətlə, çempionatda 19 komanda qalib adını qazanıb. Son çempion PSJ-dir.
Liqa 1-in indiki mövsümündə ən yaşlı oyunçular "Brest"dədir (orta yaş – 25,33). Ən gənc heyətə isə "Strasbur" malikdir (21,82).
18 klubdan 8-ni xarici mütəxəssis çalışdırır. Ən yaşlı məşqçi "Monpelye"nin sükanında olan 61 yaşlı Mişel Ter-Zakaryandır. Ən gənc məşqçi isə "Lans"dadır. Belçikalı Uilyam Stilin 32 yaşı var.
I tur
16 avqust
"Havr" – PSJ
17 avqust
"Brest" – "Marsel"
"Reyms" – "Lill"
"Monako" – "Sent Etyen"
18 avqust
"Oser" – "Nitsa"
"Anje" – "Lans"
"Monpelye" – "Strasbur"
"Tuluza" – "Nant"
"Renn" – "Lion"
Vüqar Məmmədov
İdman.biz