İtaliyanın “Venetsiya” klubunun müflis olmaqdan necə qurtulduğu üzə çıxıb.
İdman.biz xəbər verir ki, A seriyası təmsilçisinə məşhur reper Dreyk dəstək olub.
Klubun şərikli sahiblərindən olan Bred Katsuyama yardım üçün ona müraciət edib. Klub qısa müddətdə 10, növbəti aylarda isə 30 milyon avro toplamalı olub. Kanadalı reper şimali amerikalı investorları cəlb edərək 36 milyon avro tapmağı bacarıb. Venetsiya təmsilçisi bunun sayəsində borclarını ödəyə bilib.
Qeyd edək ki, klub A seriyasında ilk oyununu avqustun 18-də “Latsio”ya qarşı keçirəcək.
İdman.biz