Çempionlar Liqası: Pley-offda 7 cüt

Xəbərlər
5 Avqust 2024 14:11
224
Çempionlar Liqası: Pley-offda 7 cüt

Çempionlar Liqasında pley-offun püşkü atılıb.

İdman.biz xəbər verir ki, Çempionlar yolu və Liqa yolunun cütləri bəlli olub.

Azərbaycan çempionu “Qarabağ”la Türkiyə təmsilçisi “Qalatasaray”ın da rəqibləri bilinib. Əsas mərhələyə Çempionlar yolundan 5, Liqa yolundan 2 vəsiqənin sahibi müəyyənləşəcək.

Çempionlar Liqası
Pley-off
Çempionlar yolu

“Yanq Boyz” - “Qalatasaray”
“Dinamo” Z – "Qarabağ" - "Lüdoqorets" cütünün qalibi
"Midtulland" - "Ferentsvaroş" cütünün qalibi - "Slovan" - APOEL cütünün qalibi
"Yagellonya" - "Bodo Qlimt" cütünün qalibi - “Srvena Zvezda”
"Malmö" - PAOK cütünün qalibi - "Sparta" - "Styaua" cütünün qalibi

Liqa yolu
“Lill” - "Fənərbaxça" cütünün qalibi - “Slaviya” - “Union Sent Jiloaz” cütünün qalibi
"Dinamo" K - “Reyncers” cütünün qalibi - “Zalsburq” - “Tvente” cütünün qalibi

Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

İdman.biz