“Liverpul”, “Çelsi” və “Mançester Siti” futbol klubları Madrid “Atletiko”sunun sağ cinah müdafiəçisi, 2026-cı ilin dünya çempionu Markos Lyorente ilə maraqlanırlar.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, “Atletiko” 31 yaşlı futbolçunu komandada saxlamaq istəyir və onun əmək müqaviləsinin uzadılması üzərində işləyir.
Qeyd edək ki, Lyorente Çempionlar Liqasında “Liverpul”un qapısına beş qol vurub və bu qolların hər biri “Enfild”də qeydə alınıb.
Cari mövsümdə Lyorente bütün turnirlərdə səkkiz matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalında yer alan məlumata görə, Lyorentenin bazar dəyəri 20 milyon avro (40 milyon manat) təşkil edir.
