Xisko Munyoz: “Sübut etməliyik ki, “Zirə”yə qarşı ilk matç böyük səhv olub”

Xəbərlər
1 Avqust 2024 10:23
217
Xisko Munyoz: “Sübut etməliyik ki, “Zirə”yə qarşı ilk matç böyük səhv olub”

“Bizi çox vacib matç gözləyir. Özümüzə inanmalıyıq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan “Dunayska Streda”nın baş məşqçisi Xisko Munyos deyib.

İspaniyalı mütəxəssis Bakıda “Zirə”yə 0:4 uduzduqları matçdan sonra cavab qarşılaşmasından gözləntilərini açıqlayıb: “Üslubumuzu, dəyərlərimizi göstərməliyik və sübut etməliyik ki, “Zirə”yə qarşı ilk matç böyük səhv olub. Hər birimiz əlavə səy göstərməliyik”.

Munyos bildirib ki, futbolçularına inanır: “Həmişə bütün detallara diqqət yetiririk, buna görə də on bir oyunçu hazırlamışıq. Futbolçulara güvənirəm. Yeddi aydır çox işləyirik, onları hər gün görürəm. Onların xarakter nümayiş etdirmələri və hər şeyi vermələri vacib olacaq. İlk dəqiqələrdən azarkeşləri öz tərəfimizə cəlb etmək üçün içimizdə olanı göstərməli olduğumuz matç məhz budur. Onların köməyi çox böyük olacaq. Danışmaq istəmədiyimiz, amma hərəkət etməli olduğumuz vaxtdır. Səbirsizliklə meydana çıxıb döyüşmək fürsətini gözləyirik”.

Qeyd edək ki, “Dunayska Streda” – “Zirə” matçı bu gün saat 22:30-da start götürəcək.

İdman.biz