İspaniya La Liqasının birinci turundan təxirə salınmış qarşılaşmada “Valensiya” doğma meydanda “Betis”i qəbul edib.
İdman.Biz xəbər verir ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün taleyini 83-cü dəqiqədə Pablo Qarsiyanın vurduğu qol həll edib.
Bu qələbədən sonra “Betis” xallarının sayını altıya çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə 1 xalla 15-ci yerdə qərarlaşıb.
Üçüncü turda “Betis” səfərdə “Levante” ilə, “Valensiya” isə “Deportivo” ilə qarşılaşacaq.
