AFFA rəsmisi “Beşiktaş”ın oyununda direktor olacaq

Xəbərlər
28 Sentyabr 2023 11:00
105
AFFA rəsmisi “Beşiktaş”ın oyununda direktor olacaq

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Beşiktaş” (Türkiyə) – “Lugano” (İsveçrə) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Görüş oktyabrın 5-də Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçiriləcək.

İdman.biz