“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, Tiraspol klubu nigeriyalı futbolçu Uçe Qideon Qudladı heyətinə qatıb.
Hücumameyilli yarımmüdafiəçi Nigeriya futbolunun yetirməsidir. Onun son klubu isə İsrailin “Makkabi Petx-Tıkva”sı olub.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Zirə” səfərdə “Şerif”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iyulun 18-də keçiriləcək.
İdman.biz