“Zirə” Tiraspoldan qələbə ilə dönür - VİDEO

Xəbərlər
11 İyul 2024 22:57
786
“Zirə” Tiraspoldan qələbə ilə dönür - VİDEO

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürür.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayan yeganə təmsilçimiz “Zirə” Avropa Liqasında ilk oyununa çıxıb.

Rəşad Sadıqovun yetirmələri Moldovada “Şerif”in qonağı olub. "Zirə" matçın 88-ci dəqiqəsində qələbə topunu vurub. Davit Volkov oyunun taleyini həll edən yeganə qolun müəllifi olub. Çətin qələbə cavab matçı ərəfəsində "qartallar"a böyük üstünlük qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul
21:00. “Şerif” – “Zirə” - 0:1
Qol:
Davit Volkov, 88
Baş hakim: Alessandro Dudiç (İsveçrə)
"Şerif": 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Baş məşqçi: Yuriy Hura
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov
Tiraspol. “Şerif Arena”

İdman.biz

Məqalədə: