AFFA-dan komandalara dəvət

Xəbərlər
10 İyul 2024 10:34
128
AFFA-dan komandalara dəvət

AFFA yeni mövsüm üçün komandaların qeydiyyatına start verib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bu gündən etibarən U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasında iştirak etmək istəyən yeni komandaların qeydiyyat mərhələsinə start verilib. Liqalara qoşulmaq istəyən yeni komandalar avqustun 12-dək assosiasiyaya müraciət edə bilərlər.

Qeyd edək ki, U-15, U-16, U-17 və Gənclər Liqası (U-19) 23-24 avqustda, U-10, U-11, U-12, U-13 və U-14 Liqası 21-22 sentyabrda, U-8 və U-9 Liqası isə 28-29 sentyabrda start götürəcək.

İdman.biz

Məqalədə: