Amerika kuboku: Argentina finalda - VİDEO

Xəbərlər
10 İyul 2024 09:19
229
Amerika kuboku: Argentina finalda - VİDEO

Amerika kubokunda yarımfinal mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, ABŞ-da keçirilən yarışın ilk finalçısı Argentina ilə Kanadanın duelində bəlli olub.

Hər hissədə bir qol vuran cənubi amerikalılar 2:0 hesablı qələbə qazanıb. Lionel Messi və komandasının rəqibi bu gecə müəyyənləşəcək. Finala vəsiqə üçün Uruqvayla Kolumbiya üz-üzə gələcək.

Qeyd edək ki, Argentina turnirin son qalibidir.

Amerika kuboku
Yarımfinal
10 iyul
Argentina – Kanada – 2:0

Xulian Alvares, 22, Lionel Messi, 51

İdman.biz

Məqalədə: