“Latsio”dan təkzib - "Beşiktaş"dan təklif almamışıq

Xəbərlər
8 İyul 2024 23:22
327
“Latsio”dan təkzib - "Beşiktaş"dan təklif almamışıq

“Latsio” Çiro İmmobile ilə bağlı təklif almayıb.

İdman.biz xəbər verir ki, bu barədə Roma klubunun prezidenti açıqlama verib.

“Beşiktaş”ın italiyalı hücumçu ilə danışıqlar aparması xəbərləri yayılıb. “Qara qartallar”ın hətta İmmobile ilə ilkin razılıq əldə etdiyi bildirib. Amma Klaudio Lotito İstanbul klubundan təklif almadıqlarını deyib.

Qeyd edək ki, İmmobilenin “Latsio” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz