“Araz-Naxçıvan”ın yeni transferi: “İlk 2 tur çox önəmlidir”

Xəbərlər
7 İyul 2024 16:10
704
“Araz-Naxçıvan”ın yeni transferi: “İlk 2 tur çox önəmlidir”

“Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba deyib.

Braziliyalı yarımmüdafiəçi iddialı komandaya gəldiyini bildirib: “İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək yaxşı nəticələr qazanacağıq. Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

İdman.biz