Niderland – Türkiyə: RƏQABƏT TARİXİ

Təxminlər
6 İyul 2024 14:26
1 519
Niderland – Türkiyə: RƏQABƏT TARİXİ

Bu gün AVRO-2024-ün 1/4 final mərhələsinə Berlində Niderland – Türkiyə matçı ilə yekun vurulacaq.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Komandaların rəqabəti 1958-ci ildə Türkiyənin yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəldiyi matçla başlayıb. Ümumilikdə isə 14 oyunda niderlandlılar 6 dəfə qalib gəlib, 4 dəfə məğlub olublar. Top fərqi də onların xeyrinədir – 21-14.

Yığmalar böyük turnirlərin final mərhələsində ilk dəfə qarşılaşacaqlar. İndiyədək rəsmi görüşlər ancaq seçmə mərhələlərdə olub. AVRO-2016-nın seçmələrində səfərdə 1:1-lik heç-heçə edən türklər evdə rəqibi 3 cavabsız qolla məyus ediblər.

Dünya çempionatlarının seçmələrində rəqiblər 8 dəfə qarşlaşıblar. 1994-cü il mundialına seçmələrdə “narıncılar” hər iki oyunda 3:1 hesabı ilə qaliblər. 4 il sonrakı iki oyunda yeganə qolu Hakan Şükür vurub. 2014-cü il mundialı yolunda da Niderland hər iki oyunda eyni hesabla qalib gəlib – 2:0. Son dünya çempionatının seçmələrində komandalar məhsuldar oyun göstəriblər. Evdə Burak Yılmazın het-triki sayəsində 4:2 hesabı ilə qalib gələn Türkiyə millisi, səfərdə 1:6-lıq ağır məğlubiyyət alıb. Həmin matç komandaların son qarşılaşması idi.

4 yoldaşlıq görüşündə tərəflərin hərəyə 1 qələbəsi və 2 qolu var.

Qeyd edək ki, oyun saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz