“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Xəbərlər
5 İyul 2024 15:19
380
“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Qadın futbolçular arasında Çempionlar Liqasının 1-ci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin avrokubokdakı rəqibləri də bəlli olub.

1-ci mərhələdən mübarizəyə başlayacaq Bakı klubu Çempionlar yolunun 2-ci qrupunda yer alıb. “Ağ-qaralar” sentyabrın 4-də baş tutacaq yarımfinalda “Sent Polten” (Avstriya) ilə üz-üzə gələcək. Qrupun digər cütündə “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) qarşılaşacaq. Bu qrupun oyunları eyni ölkədə keçiriləcək.

Ayın 7-də yarımfinalın qalibləri 2-ci raunda yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk oyun günündə uduzanlar isə 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 1-ci mərhələdə Çempionlar yolunda 43, Liqa yolunda 16 komanda mübarizə aparacaq. Ümumilikdə qrup qalibi olan 15 iştirakçı 2-ci raunda vəsiqə qazanacaq.

İdman.biz

Məqalədə: