ABŞ-da keçirilən Amerika kubokunda 1/4 final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk yarımfinalçı Argentina ilə Ekvadorun duelində bəlli olub.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Yarımfinal vəsiqənin sahibinin adına penaltilər seriyasında aydınlıq gəlib. Lionel Messi seriyadakı ilk penaltini qaçırsa da, onun komandası 4:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Argentinanın yarımfinaldakı rəqibi Venesuela – Kanada matçında müəyyənləşəcək.
Amerika kuboku
1/4 final
5 iyul
Argentina – Ekvador – 1:1, p.4:2
Lautaro Martines, 35 – Kevin Rodriges, 90+1
İdman.biz