“Qəbələ”ni tərk edən Əyyub Allaş “Şerif”ə keçib.
İdman.biz xəbər verir ki, o, “Zirə”nin Avropa Liqasındakı rəqibi ilə 1 illik müqavilə bağlayıb.
Mərakeşəsilli belçikalı futbolçu ötən mövsümdə “Qəbələ”nin heyətində 40 oyunda meydana çıxıb. Allaş 7 qol və 10 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Zirə” iyulun 11-də Tiraspolda “Şerif”in qonağı olacaq.
İdman.biz