“Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif” yoxlama oyununda qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, Tiraspol klubu “Floreşt”in qapısından 5 cavabsız top keçirib.
Yuriy Huranın komandasının heyətində Papa Yade, Raşid Akanbi, Piter Ademo, Sedrik Badalo və baxışda olan bir futbolçu fərqlənib.
Qeyd edək ki, “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda keçiriləcək.
İdman.biz