İspaniyalı forvard Alvaro Morata “Atletiko”nu tərk etməyəcək.
İdman.biz xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu sosial şəbəkədə paylaşım edib.
AVRO-2024-də İspaniya yığmasının kapitanı Madrid klubunda uğurlar qazanmaq arzusunda olduğunu deyib: “Bu forma ilə qələbə nə olduğunu bilmirəm. Buna nail olana kimi dayanmaq fikrində deyiləm”.
Qeyd edək ki, Morata 2019-2020-ci illərdə və 2022-ci ildən “Atletiko”da çıxış edir.
İdman.biz