“Şəfa” klubu portuqaliyalı qapıçını heyətinə qatıb

25 Sentyabr 2026 14:23
71
“Şəfa” klubu portuqaliyalı qapıçını heyətinə qatıb

“Şəfa” yeni futbolçu ilə anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib

Bildirilib ki, Premyer Liqa təmsilçisi qapıçı Tiaqo Silvanı heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - “Zirə”də keçirib. “Benfika”nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının formasını geyinib.

İdman.Biz