Belarusda matçın ən yaxşı futbolçusuna kartof və soğan hədiyyə edildi

25 Sentyabr 2026 14:15
80
Belarusda matçın ən yaxşı futbolçusuna kartof və soğan hədiyyə edildi

Belarusda futbol matçının ən yaxşı oyunçusuna qeyri-adi hədiyyə təqdim olunub.

İdman.Biz xəbər verir ki, ikinci liqada çıxış edən “Miorı” klubunun futbolçusu İqor Dovgyallo azarkeşlərdən bir araba kartof və iki torba soğan alıb.

Maraqlıdır ki, futbolçu daha əvvəl də azarkeşlərdən yeddi kiloqram Maasdam pendiri hədiyyəsini qəbul edib.

Azarkeşlərin bu hadisəyə münasibəti də maraqlı olub. Onlar sosial şəbəkədə "Dovgyallonun qış üçün ərzaq ehtiyatı kifayət qədər zənginləşib" kimi şərhlər yazıblar.

İdman.Biz