Amerika kubokunda II tura yekun vurulub.
İdman.biz xəbər verir ki, ABŞ-da keçirilən turnirin 9-cu günündə D qrupunun matçları baş tutub.
Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya Kosta-Rikanı darmadağın edib. Bu, cənubi amerikalıları 1/4 finala daşıyıb.
Braziliya isə ilk qələbəsini bayram edib. Pentakampeonlar Paraqvayı böyük hesabla məğlub edib.
Amerika kuboku
Qrup mərhələsi, II tur
D qrupu, 29 iyun
Kolumbiya – Kosta-Rika – 3:0
Luis Dias, 31 (pen.), Davinson Sançes, 59, Con Kordoba, 62
Paraqvay – Braziliya – 1:4 
Omar Alderete, 48 - Vinisius Junior, 35, 45+5, Savio, 43, Lukas Paketa, 65 (pen.)
| 1 | Kolumbiya | 2 | 2 | 0 | 0 | 5-1 | 6 | 
| 2 | Braziliya | 2 | 1 | 1 | 0 | 4-1 | 4 | 
| 3 | Kosta-Rika | 2 | 0 | 1 | 1 | 0-3 | 1 | 
| 4 | Paraqvay | 2 | 0 | 0 | 2 | 2-6 | 0 | 
İdman.biz
 
         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    