Millətlər Liqası ilə əlaqədar liqada yaranan fasilədən istifadə edən “Fənərbağça”nın braziliyalı qapıçısı Ederson ailəsi ilə birlikdə Muğlanın Marmaris rayonunda istirahət edib.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ederson və ailəsi təyyarə ilə Dalaman hava limanına çatdıqdan sonra buradan xüsusi helikopterlə qalacaqları otelə yollanıblar.
Ederson və ailəsi Marmarisin ən lüks otelində qalmağı seçib.
Futbolçu gecəsi 13 min avro (25 min manat) olan oteldə üç gün qalıb. Digər xərclərlə birlikdə onun tətil üçün ümumilikdə 3 milyon lirə(105 min manat) xərclədiyi bildirilir.
