Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
PFL-dən İdman.bizə verilən məlumata görə, mərasim iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.
Tədbir saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.
İdman.biz